“Ulu öndər Heydər Əliyev və Azərbaycan idmanı” mövzusunda konfrans

“Ulu öndər Heydər Əliyev və Azərbaycan idmanı” mövzusunda konfrans
13:23 12 Noyabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 12 noyabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu.
Naxçıvan Dövlət Universitetinin mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər ali təhsil ocağı ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə keçirdiyi “Ulu öndər Heydər Əliyev və Azərbaycan idmanı” mövzusunda konfransda səsləndirilib.
Konfransda çıxış edən universitetin elmi işlər üzrə prorektoru, fizika üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyev bildirib ki, bu gün Azərbaycan gəncliyinin fiziki inkişafına, sağlamlığına, hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə və asudə vaxtlarının səmərəli təşkilinə daim diqqət və qayğı göstərilir. Bunun nəticəsində Azərbaycan idmançıları beynəlxalq çempionat və olimpiadalarda parlaq qələbələr qazanırlar. İdman sahəsində ixtisaslı mütəxəssis hazırlığının daim diqqət mərkəzində saxlanıldığını diqqətə çatdıran natiq universitetdə fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi, bədən tərbiyəsi və idman ixtisasları üzrə də ali təhsilli mütəxəssislərin hazırlandığını bildirib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının rəhbəri Canməmməd Canməmmədov “Ulu öndər Heydər Əliyev və Azərbaycan idmanı” mövzusuna həsr olunmuş geniş məruzəsində vurğulayıb ki, müstəqil Azərbaycan bu gün, həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınır, Olimpiya hərəkatında fəal iştirak edir. Natiq Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmana göstərilən qayğıdan da danışıb. Bildirilib ki, Naxçıvanda bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, idman infrastrukturunun yenidən qurulması, gənclərin idmana marağının artırılması daim diqqət mərkəzində saxlanılır. Son illər muxtar respublikada 2 olimpiya-idman kompleksi, 2 üzgüçülük mərkəzi, 1 şahmat mərkəzi, 6 uşaq-gənclər şahmat məktəbi, 9 uşaq-gənclər idman məktəbi, Stend və Sportinq Atıcılıq Mərkəzi, 1 peyntbol meydançası istifadəyə verilib. İdman növlərinin gənclər arasında kütləvi hal alması üçün 2002-ci ildə Boks, Güləş, Karate-do, Şərq Döyüşü Sənəti, Şahmat, Futbol, Voleybol, Basketbol, 2006-cı ildə Paralimpiya, 2013-cü ildə isə Hava və Ekstremal İdman növləri, Atıcılıq federasiyaları yaradılıb.
Canməmməd Canməmmədov Naxçıvanda qadınların idmana cəlbi istiqamətində də mühüm işlər görüldüyünü bildirib, ötən il muxtar respublikanın Gənclər və İdman Nazirliyinin nəzdində bədii gimnastika bölməsinin fəaliyyətə başladığını nəzərə çatdırıb.
Konfransda ali təhsil ocağının fiziki tərbiyə və idman oyunları kafedrasının dosenti Məmmədəli Rəhimovun “Naxçıvan Dövlət Universitetində idmanın inkişafı”, bədən tərbiyə və idman kafedrasının müdiri Həsən Babayevin “Bədən tərbiyə və idman ixtisaslarında, bədən tərbiyə və idman dərslərinin təşkili” mövzularında məruzələri dinlənilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_onder_Heyder_Aliyev_ve_Azerbaycan_idmani_movzusunda_konfrans-901326

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR