FİFA iki namizədi seçkilərdən kənarlaşdırıb

FİFA iki namizədi seçkilərdən kənarlaşdırıb
14:42 12 Noyabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

FİFA 2016-cı ilin fevralında qurumun növbəti prezident seçkilərində iştirak edəcək namizədlərin adını açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, liberiyalı Musa Biliti və UEFA prezidenti Mişel Platini seçkilərə buraxılmayıblar. Beləliklə, FİFA prezidentliyi uğrunda 5 namizəd mübarizə aparacaq. Bunlar Əli bin Əl-Hüseyn, Jerom Şampan, Cianni İnfantino, Şeyx Salman bin İbrahim əl-Xəlifə və Tokyo Seksvaledir. FİFA 48 yaşlı Bilitinin hansı səbəbdən seçkidən uzaqlaşdırılması barədə açıqlama verməyib. Onun bu qərardan apellyasiya şikayəti vermək hüququ var.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR