Ağdamda Konstitusiya Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Ağdamda Konstitusiya Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
15:33 12 Noyabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Ağdam, 12 noyabr, AZƏRTAC
Ümumbəşəri və demokratik prinsiplərə əsaslanan Azərbaycanın ilk milli Konstitusiyası ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin bərqərar olması üçün zəmin yaradıb, insan hüquq və azadlıqlarının müdafiəsinə etibarlı təminat verib.
AZƏRTAC xəbər verir ki, bu fikir Ağdam rayonunda 12 noyabr - Konstitusiya Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib. Məruzə və çıxışlarda Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkədə həyata keçirilən siyasi-hüquqi islahatlardan, 1995-ci il noyabrın 12-də referendum yolu ilə müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən, Ali Qanunun qəbul olunmasından sonra Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu sahəsində qazanılan uğurlardan danışılıb.
Bildirilib ki, əsas prinsipləri azad və müstəqil Azərbaycanın uzunmüddətli gələcəyinə hesablanmış bu ali sənəd ölkədə həyata keçirilən hüquqi demokratik islahatlar üçün möhkəm bir təməl idi.
Tədbirdən sonra Azərbaycanın milli Konstitusiyasının qəbulunun 20-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agdamda_Konstitusiya_Gunu_ile_elaqedar_agacekme_aksiyasi_kechirilib-901381

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR