Platini FİFA prezidentliyinə namizədlər sırasından çıxarıldı

Platini FİFA prezidentliyinə namizədlər sırasından çıxarıldı
16:22 12 Noyabr 2015
23 İdman
Ölkə mətbuatı
A- A+

FİFA prezidentliyinə son namizədlərin siyahısı rəsmən dərc edilib.


Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, FİFA-nın Seçki Komissiyası Liberiya Futbol Federasiyasının prezidenti Musa Biliti və 90 gün müddətinə UEFA prezidenti vəzifəsindən uzaqlaşdırılan Mişel Platinin adı siyahıdan çıxarılıb.  Bildirilib ki, M.Platinin cəzası başa çatmayana kimi o, seçki prosesinden kənarda qalacaq.



Seçkiya buraxılan namizədlər İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn, Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman bin İbrahim Əl-Xəlifə, UEFA-nın birinci katibi Canni İnfantino, cənubi afrikalı Tokio Sevale, FİFA birinci katibinin sabiq müavini Jerom Şampandır.



Qeyd edək ki, FİFA-da prezident seçkiləri fevralın 26-ı keçiriləcək.



Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR