“Azərbaycan Respublikasının İnkişaf Strategiyası yeni mərhələdə” kitabı hazırlanacaq

“Azərbaycan Respublikasının İnkişaf Strategiyası yeni mərhələdə” kitabı hazırlanacaq
21:33 12 Noyabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Müstəqillik dövrünə həsr edilən “Azərbaycan Respublikasının İnkişaf Strategiyası yeni mərhələdə” adlı yeni kitab nəşrə hazırlanacaq.
Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunda elmi şuranın növbəti iclasında bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov söyləyib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, iclasda Y.Mahmudov Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunan ümumi yığıncağındakı nitqinin əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd edilib ki, ölkə Prezidenti AMEA-nın yubileyindəki nitqində tarix elmindəki son vəziyyətdən söz açıb. Dövlətimizin başçısı deyib: “Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Budur reallıq. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olub. Çox şadam ki, mənim tövsiyəmlə İrəvan xanlığı haqqında çox sanballı elmi əsər yaradılıb, bir neçə xarici dilə tərcümə edilibdir. Bu əsərlər faktlar, həqiqətlər üzərində yaradılır. Gələn il biz müstəqilliyimizin 25 illiyini qeyd edəcəyik. Hesab edirəm ki, o vaxta qədər əgər belə sanballı elmi əsər yaradılarsa, bayramımıza çox yaxşı töhfə ola bilər”.
Y.Mahmudov Prezident İlham Əliyevin tarix elmi haqqında söylədiklərini Tarix İnstitutunun fəaliyyətinə verilən ən yüksək qiymət kimi dəyərləndirib.
O, dövlətimizin başçısı tərəfindən tarixçi-alimlərin qarşısına olduqca məsul vəzifə qoyulduğunu deyib və kitabın nəşri ilə bağlı tapşırıqlarını verib. İnstitutun direktoru deyib ki, Prezident İlham Əliyev Tarix İnstitutunda aparılan tədqiqatların birbaşa təşəbbüskarıdır. İnstitutdakı araşdırmalar dövlətimizin başçısının çağırışları və tapşırıqları əsasında həyata keçirilir.
Sonra dövlət müstəqilliyimizin 25 illiyinə həsr olunacaq kitabın müəllif heyəti məyyənləşdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Respublikasinin_Inkisaf_Strategiyasi_yeni_merhelede_kitabi_hazirlanacaq-901563

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR