Türkdilli ölkələrin yeni idman nailiyyətləri qazanması üçün daha bir imkan yaranır

Türkdilli ölkələrin yeni idman nailiyyətləri qazanması üçün daha bir imkan yaranır
21:38 12 Noyabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


İstanbul, 12 noyabr, AZƏRTAC
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) ilə Beynəlxalq İdman Təhlükəsizlik Mərkəzi (ICSS) arasında qarşılıqlı əməkdaşlıq memorandumunun imzalanması türkdilli ölkələrin daha böyük idman nailiyyətləri qazanması üçün yaranan növbəti imkandır.
TDƏŞ-in baş katibi Ramil Həsənov bu gün İstanbulda imzalanan sənədi belə səciyyələndirib.
R.Həsənov AZƏRTAC-a müsahibəsində quruma üzv ölkələrin dövlət başçılarının növbəti Zirvə görüşünün əsasən “Gənclik və beynəlxalq idman” mövzusuna həsr olunacağını diqqətə çatdıraraq bildirib ki, iki təşkilat arasında sıx əməkdaşlıq beynəlxalq idman yarışlarında şəffaflığın qorunmasına imkan yaradacaq. Eyni zamanda, türkdilli ölkələrdə gənclərin intellektinin yüksəlməsinə, yeni idman layihələrinin həyata keçirilməsinə yol açacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR