​TANAP: Layihə ən müasir texnoloji mühəndislik və dizayn imkanlarından istifadə edilərək gerçəkləşdirilir

​TANAP: Layihə ən müasir texnoloji mühəndislik və dizayn imkanlarından istifadə edilərək gerçəkləşdirilir
17:37 13 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrini iqtisadi sahədə də gücləndirmək, strateji investisiyalarla dəstəkləmək məqsədi ilə bir layihə olaraq ortaya çıxan Trans-Anadolu Təbii Qaz Boru Xətti (TANAP) layihəsi çərçivəsində işlər planlaşdırılandan daha sürətli bir şəkildə irəliləməkdədir.
TANAP-dan "Report"a verilən xəbərə görə, TANAP layihəsində olduqca çətin ərazi və iqlim şərtləri altında boruların təhlükəsiz bir şəkildə sahəyə daşınması, yolların açılması, boruların düzülməsi və qaynaq fəaliyyətləri davam etməkdədir: "Layihə ən müasir texnoloji mühəndislik və dizayn imkanlarından, material və avadanlıqlardan istifadə edilərək gerçəkləşdirilir. Layihədə boru xəttinin istismar təzyiqinin yüksək olması və marşrut üzərində çox sayda xüsusi keçidlərin (çay, şose, dəmir yolu, telekommunikasiya və elektrik infrastrukturu və s.) mövcudluğu səbəbindən, boru xəttinin inşasında yüksək müqavimətli xüsusi istehsal olunmuş polad boru və dirsəklərdən istifadə olunur".
Qeyd olunub ki, bu sayədə də çətin keçidlər sürətlə və problemsiz bir şəkildə dəf edilir.
"90 tonluq qaldırma gücünə sahib D9 tipli sideboomlar kimi xüsusi inşaat avadanlıqlarının və texnikalarının istifadə edildiyi xəttin 56 düymlük hissəsində 4 400 ədəd çay, şose, dəmir yolu, boru xətləri, enerji nəql xəttləri, su və sulama sistemləri kimi infrastruktur keçidləri mövcuddur. Bütün bu çətinliklər yüksək mühəndislik infrastrukturu və ən müasir texnoloji avadanlıqlar istifadə edilərək aradan qaldırılır və layihə planlaşdırılan qrafiki də üstələyərək sürətlə irəliləyir", - deyəb məlumatda qeyd olunub.
















Xəbərin orijinal ünvanı: http://report.az/energetika/tanap-layihe-en-muasir-texnoloji-muhendislik-ve-dizayn-imkanlarindan-istifade-edilerek-gerceklesdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR