M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi mükafata layiq görülüb

M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi mükafata layiq görülüb
01:48 14 Noyabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 14 noyabr, AZƏRTAC
Gücüstanda fəaliyyat göstərən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi “Tolerantlığı dəstəkləyən təşkilat”, Mərkəzin direktoru Leyla Əliyeva isə “Tolerantlığı dəstəkləyən insan” mükafatına layiq görülüb.
Noyabrın 13-də mükafatların təqdim olunması mərasimi keçirilib.
Gürcüstanın xalq müdafiəçisi (ombudsman) tərəfindən təsis olunan bu mükafat hər il ölkədə tolerantlığı, mədəniyyəti, xalqlar və mədəniyyətlər arasında dialoqu, əməkdaşlığı təbliğ edən təşkilatlara, insanlara verilir.
Gürcüstan ombudsmanı Uça Nanuaşvili deyib ki, hər il Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar bu ölkədə də “Tolerantlıq həftəsi” keçirilir. Bu mükafat Ombudsman Aparatı yanında fəaliyyət göstərən Tolerantlıq Mərkəzi tərəfindən ölkə ərazisində aparılan sosioloji araşdırmalar zamanı seçilən təşkilatlara və şəxslərə təqdim olunur. M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi və Mərkəzin direktoru Leyla Əliyeva, eləcə də digər təşkilatlar Gürcüstanda tolerantlıq mədəniyyətinin inkişafına və təbliğinə verdikləri töhfəyə görə mükafata layiq görülüblər.
L.Əliyeva onların fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirib. O, jurnalistlərə müsahibəsində deyib ki, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafı ilə yanaşı, milli azlıqlar, dini təşkilatlar arasında da mədəni münasibətlərin inkişafına öz töhfəsini verir. “Biz, həm də bununla Azərbaycanın tolerantlığını təbliğ edirik”, - deyə L.Əliyeva vurğulayıb.
Tədbirdə Gürcüstanın dövlət və hökumət rəsmiləri, Tbilisidəki diplomatik korpusun təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/MFAxundzade_adina_Azerbaycan_Medeniyyeti_Merkezi_mukafata_layiq_gorulub-901995

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR