Azərbaycanda 55 turizm şirkəti turistlərə vizanı elektron formada verir

Azərbaycanda 55 turizm şirkəti turistlərə vizanı elektron formada verir
17:13 29 Dekabr 2014
103 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda elektron turist vizasının verilməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 55 turizm şirkəti akkreditasiyadan keçib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2013-cü ilin mart ayından xarici turistlərə elektron turist vizalarının verilməsi tətbiq olunur.

Ölkəmizdə elektron turist vizasının tətbiqi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə lisenziya almış turizm şirkətlərinin gəlmə turizm növünə marağını artırib.

2013-cü il ərzində turizm şirkətləri tərəfindən elektron turist vizası vasitəsilə ölkəmizə gələn xarici turistlərin sayı 6.147 nəfər təşkil edib. 2014-cü ilin I yarısına olan məlumatlara əsasən bu rəqəm 11.933 nəfər olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2348760.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR