“Report”un məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan qərar dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, R.İnşayev 2008-ci ildə Rusiya Federasiyasında qaçaqmalçılıqda və narkotik vasitələri satmaqda ittiham olunub. O, Rusiyada 10 il müddətinə azadlıqdan məhrum edilib. R.İnşayev bu il Azərbaycana ekstradisiya olunub. O, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.4-cü (bu mәcәllәnin 206.1 - 206.3-cü maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 28.234.4.1-ci (cinayətə hazırlıq, qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (cinayətə hazırlıq, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.
Sentyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində R.İnşayevin 10 il müddətinə azadlıqdan məhrum edilməsi tənzimlənib. Onun cəza müddəti 2008-ci ildən hesablanıb.