Syuzen Kollinzin eyni adlı möhtəşəm əsərinin sonuncu 4-cü hissəsi əsasında çəkilən film. Filmin rejissoru bundan öncə də artıq 2 seriyanı çəkmiş Frensis Lourens oldu. Baş rolda çəkilən aktyorlar: Cenifer Lourens, Liam Xemsvort, Coş Xatçerson, Vudi Xarelson, Donald Sazerlend, Culiana Mur.

Qısaca film haqqında: Panema qlobal müharibəyə qərq olub və Kitnessin sonuncu qanlı döyüşü prezident Snou ilə olacaq. Dostları Geyl, Finnik və Pitin köməyi ilə Kitness missiyanı həyata keçirtmək üçün 13-cü Distriktə yola düşür. Dostlar Panema xalqını xilas etmək üçün öz həyatlarını risk altına atmağa hazırdılar, Kitness isə onu ömürlük yer üzündən silmək istəyən prezident Snou-nu öldürmək cəhdi edir. Saqanın davamı Kitness üçün hələ çox sürprizlər hazırlayıb - daha da təhlükəli tələlər, amasız düşmənlər və əlbəttə ki, insanın əllərini bəzən dəmir qandallardan belə, daha bərk sıxa biləcək mənəvi dilemmalar.

"28 Cinema" isə qonaqlar üçün öz sürprizlərini hazırlayıb. Çoxlu sayda jurnalist, blogger,dövlət nümayəndələri və şou-biznes nümayəndələri tədbirdə yer alacaq. "Qapalı gecə" 17 noyabr, saat 19:00-da başlayacaq.

"28 Cinema" hər zaman olduğu kimi öz tamaşaçılarına premyeralar, yeni layihələr təqdim etməyə hazırdı!

Video https://www.youtube.com/watch?v=vi4xdDlKbL0