Tokio, 18 noyabr, AZƏRTAC
Yaponiyaya məxsus süni peyk atmosferdə karbon qazının səviyyəsini ölçərək qlobal istiləşmənin artmaqda davam etdiyini təsdiq edib.
“İbuki” süni peyki dünyada ilk dəfə olaraq Yer kürəsi ilə 70 kilometr hündülükdəki aralıqda təqribən 13 min yerdə atmosferdə karbon qazının səviyəsini ölçüb.
Yaponiya Ətraf Mühit Nazirliyi həmin məlumatlar əsasında BMT-nin iqlim dəyişmələri ilə bağlı noyabrın 30-da Parisdə keçiriləcək konfransında hesbat təqdim edəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio