Bakıda quldurluq hadisəsi baş verib.
Milli.Az-ın verdiyi xəbərə görə, hadisə Xətai rayonunda baş verib.
Sarayevo küçəsində yerləşən aptekə naməlum şəxs əlində tapança ilə daxil olub. O aptekdə işləyən Bakı sakini, 1980-ci il təvəllüdlü Tarix Qurbanovdan pul tələb edib. T.Qurbanov həmin zaman əlində olan qayçı ilə onun üzərinə gedib. Bu vaxt tapançalı quldur qayçını görən kimi qaçaraq aptekdən çıxıb.
Araşdırma aparılır.
Fatimə
Milli.Az