Bakı. Trend:

Azərbaycan və Türkmənistan yanacaq-enerji sektoru daxil olmaqla qarşılıqlı birgə layihələrin reallaşdırılması perspektivlərini müzakirə ediblər.

Trend-in Türkmənistanın dövlət xəbərlər agentliyinə istinadən verdiyi məlumata görə, müzakirələr SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında keçirilmiş görüşdə baş tutub.

R.Abdullayev "Türkmənistanın neft və qazı-2015" Beynəlxalq Konfrans və Sərgisində iştirak etmək üçün Aşqabadda səfərdədir.

Məlumatda deyilir ki, görüş zamanı iqtisadi sahədə qarşılıqlı fəaliyyətin müxtəlif aspektləri müzakirə olunub: "İki ölkə zəngin karbohidrogen yataqlarının səmərəli mənimsənilməsi, o cümlədən Xəzər regionundan enerji daşıyıcılarının dünya bazarlarına tədarükünü şaxələndirmək məqsədilə tutarlı addımlar atır".

Bizi Twitter-dən izləyin: @trend_az