Bakı, 18 noyabr, AZƏRTAC
2000-ci ildən futbol üzrə Danimarka millisinə baş məşqçilik edən Morten Olsen istefa verib.
AZƏRTAC xəbər verir ki, cavab matçında 2:2 hesabı ilə heç-heçə edən və ilk oyunda səfərdə İsveç yığmasına 2:1 hesabı ilə məğlub olan Danimarka millisi “Avro-2016”nın final mərhələsindən kənarda qalıb. Ümumiyyətlə, M.Olsenin rəhbərliyi altında Danimarka millisi 2002 və 2010-cu illərdə dünya, 2004 və 2012-ci illərdə isə Avropa çempionatına qatılıb.
Yığmanın ən uğurlu çıxışı “Avro-2014”də dörddəbir finala çıxması olub.
“Qərar verdim və futbol federasiyası ilə vəzifəmdən getməyim haqqında danışıq apardım. Futbolçularımı da məlumatlandırdım və onlara dedim ki, hazırda bu postda çalışmağımın heç bir mənası yoxdur”, - deyə 66 yaşlı danimarkalı çalışdırıcı bildirib.