Bakı, 19 noyabr, AZƏRTAC
"Bank VTB (Azərbaycan) "Zolotaya korona" pul köçürmə sisteminin diplomuna layiq görülüb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, mükafat "Bank VTB (Azərbaycan)a "Zolotaya Korona-Pul köçürmələri" xidməti ilə effektiv və sıx əməkdaşlığa görə verilib.
"Bank VTB (Azərbaycan) pul köçürmələri sahəsində müştərilərə keyfiyyətli xidmət göstərmək üçün ciddi işlər həyata keçirir. Bank neçə illərdir "Zolotaya korona" pul köçürmələri sistemi ilə çalışır. Ümid edirəm ki, əməkdaşlığımız uğurla davam edəcək", - deyə Bank VTB (Azərbaycan)ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.
Qeyd edək ki, "Zolotaya korona" xidmətindən başqa, bank "Western Union", "Contact", "Blizko" pul köçürmə sistemləri ilə öz müştərilərinə vəsaitlərini köçürmək imkanı verir.