Bakı, 5 fevral, AzərTAc
Nərimanov Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin və Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.X.Xoyski küçəsində Bakı sakini Elnur İsmayılovun pul kisəsini soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Biləsuvar rayon sakini Cəmil İmanov və paytaxt sakini Kamran Əhmədov tutulub.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, C.İmanovda 0,167 qram, K.Əhmədovda 0,172 qram heroin aşkarlanaraq götürülüb.