Bütün Aİ ölkələri Ukrayna ilə assosiasiya haqqında sazişi təsdiq edib
Paylaş
38 baxış·1 dəq oxu
Bakı. 21 noyabr. REPORT.AZ/ Bütün Avropa İttifaqı (Aİ) ölkələri Ukrayna ilə assosiasiya haqqında sazişi təsdiq edib. "Report" xəbər verir ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun öz rəsmi "Twitter" səhifəsində yazdığına görə, Belçika parlamenti də sənədi təsdiq edib. Beləliklə o, sazişi təsdiq etmiş sonuncu Aİ ölkəsi olub.