Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində dəyişiklik ola bilər.

Bunu APA-ya fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.

Ş. Mövsümov fondun 2016-cı il üçün büdcə layihəsinin prezident İlham Əliyevə təqdim olunduğunu xatırladıb: "Bizim investisiya portfelimizdə dəyişiklik ola bilər. Amma indi demək istəməzdim. Çünki bizim investisiya qaydalarına dəyişikliklər büdcə paketində öz əksini tapır. Bu layihə cənab prezidentə təqdim olunub. Burada həm dövlət büdcəsi təsdiq olunmalıdır, həm də bizim büdcəmizlə bağlı sərəncam verilməlidir. Dəyişikliklər təsdiq olunsa, bunu elan edəcəyik. Təxminən iki həftə ərzində bu layihə təsdiq olunacaq.

Milli.Az