Bakı, 21 noyabr, AZƏRTAC
“Xəzər: ətraf mühit üçün texnologiyalar” 6-cı Beynəlxalq Ətraf Mühit sərgisində (“CTE 2015”) Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (AXDG) stendi “ən kreativ stend” mükafatına layiq görülüb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən AZƏRTAC-a bildirilib ki, QSC-nin stendi daha çox ziyarətçinin gəldiyi stendlər sırasında qərarlaşıb, “Ən kreativ stend” mükafatına layiq görülüb və müvafiq sertifikatla qiymətləndirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi tərəfindən dəstəklənən “Xəzər: ətraf mühit üçün texnologiyalar” 6-cı Beynəlxalq Ətraf Mühit sərgisində (“CTE 2015”) 10 ölkədən 35 şirkət iştirak edib.