Füzuli rayonunda itkin düşmüş şəxsin meyiti su kanalından tapılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 21-də Füzuli rayonunda yaşayan ruhi xəstə Arzu Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti Böyük Bəhmənli kəndinin ərazisindən keçən su kanalından tapılıb.

Araşdırmalar zamanı onun noyabrın 18-də itkin düşməsi müəyyən edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az