Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 23-də futbol üzrə Topaz Premyer Liqasının XIII turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “İnter Arena”da “İnter” komandası AZAL-ı qəbul edib.
Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi oyunun 30-cu dəqiqəsində “İnter”in futbolçusu Dieqo Martins hesabı açıb. Görüşün ilk hissəsi “İnter”in minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.
Matçın 85-ci dəqiqəsində “İnter”in futbolçusu Abbas Hüseynov ikinci topu rəqib qapısından keçirib.
Beləliklə, görüş “İnter”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesabındakı xalların sayını 23-ə çatdıran “İnter” turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. Turnir cədvəlinə 32 xalla “Qarabağ” liderlik edir.