Bakı, 24 noyabr, AZƏRTAC
"Azər Türk Bank" noyabrın 27-də Bakıda keçiriləcək "Baku Interior Awards: Azərbaycanın ən yaxşı ofisləri" memarlıq müsabiqəsində iştirak edəcək.
Bankdan AZƏRTAC-a bildiriblər ki, "Azər Türk Bank"ın Bakı şəhəri, Bülbül prospekti 44 ünvanında yerləşən "Mərkəz" filialının ofisinin daxili dizaynı müasir memarlıq nümunəsi kimi müsabiqədə nümayiş olunacaq.
Dizaynın aktual problemlərinə və müasir biznes sahələrinin idarə edilməsinə həsr olunmuş tədbirin sərgi hissəsində ofislər üçün aparıcı istehsalçılardan və təchizatçılardan qabaqcıl həllər, həmçinin Azərbaycanın müasir arxitekturası və biznes üçün interyer nümunələri sərgilənəcək.
Tədbirdə "Baku Interior Awards"a layiq görülmüş layihə müəllifləri və sifarişçiləri təltif olunacaqlar.
"Azər Türk Bank" Azərbaycanın ən yaxşı ofisləri"memarlıq müsabiqəsində iştirak edəcək