Bakı, 5 fevral, AzərTAc
Fevralın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dahi bəstəkar Qara Qarayevin anadan olmasının 97 illiyinə həsr edilmiş konsert keçirilib.
AzərTAc xəbər verir ki, konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri çıxış edib. Orkestrin bədii rəhbəri və baş dirijoru xalq artisti Teymur Göyçayevdir.
Konsertdə orkestrin və solistlər - Fəridə Məmmədova və Fəqan Həsənlinin ifasında Qara Qayevlə yanaşı, dünya bəstəkarlarının da əsərləri səsləndirilib.