Bakı, 24 noyabr, AZƏRTAC
2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasiminin vaxtı açıqlanıb.
AZƏRTAC turnirin Təşkilat Komitəsinə istinadla xəbər verir ki, 32 yığma komandanın mübarizə aparacağı turnirin püşkatma mərasiminin 2017-ci ilin dekabrın 1-də Moskvada keçirilməsi nəzərdə tutulub.
Final mərhələsində iştirak edəcək komandalar üçün seminarlar isə 2018-ci il fevralın 27-28-də təşkil olunacaq.