Bakı, 24 noyabr, Nihad Budaqov, AZƏRTAC
Rusiya energetika nazirinin müavini Anatoli Yanovski bu ölkədən Türkiyəyə təbii qaz nəqlinin kəsiləcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, A.Yanovski deyib: “Qaz nəqli müqavilədəki öhdəliklərə uyğun davam etdirilir. Bunun əksi mümkün deyil”.
Xəbər verildiyi kimi, Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyaya məxsus “Su-24” tipli döyüş təyyarəsinin Türkiyə hava məkanını pozduğu üçün vurulduğu barədə məlumat yayıb. Rusiyanın Müdafiə Nazirliyi isə Rusiyaya məxsus “Su-24” tipli döyüş təyyarəsinin Suriyanın Türkiyə ilə sərhədində böyük ehtimalla yerdən açılan atəş nəticəsində düşdüyünü açıqlayıb.