İstanbul, 24 noyabr, AZƏRTAC
Noyabrın 24-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident Aparatında bölgədəki təhlükəsizlik vəziyyəti müzakirə olunacaq.
İclas Baş nazir Əhməd Davudoğlu, təhlükəsizlik orqanları və ordu rəhbərlərinin, o cümlədən bəzi nazirlərin iştirakı ilə keçiriləcək.
Xatırladaq ki, noyabrın 24-də səhər saatlarında Türkiyə sərhədini pozduğu üçün Rusiyaya məxsus “Su-24” tipli döyüş təyyarəsinin vurulması bölgədəki vəziyyəti daha da gərginləşdirib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul