Bakı, 25 noyabr, AZƏRTAC
Çində kosmetik cərrahiyənin 2019-cu ilədək iki dəfə artacağı proqnozlaşdırılır ki, bu da ölkəni Amerika Birləşmiş Ştatları və Braziliyadan sonra dünyanın üçüncü ən böyük kosmetik cərrahiyə bazarına çevirə bilər.
AZƏRTAC İspaniyanın efe.com agentliyinə istinadən xəbər verir ki, Plastik və Estetik Çin Assosiasiyası tərəfindən aparılan hesablamalara görə, hazırda 62,6 milyard dollar həcmində qiymətləndirilən plastik cərrahiyə bazarı 2019-cu ilədək 120 milyard dolları ötüb keçəcək.