Qeyd edək ki, buna qədər rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsini İltimas Məmmədov icra edib, hazırda isə o, müvəqqəti olaraq nazirin vəzifələrini icra edir.
R.Quluzadə isə Heydər Əliyev Fondunda İşlər Departmentinin direktoru vəzifəsində çalışıb. 2004-cü ildən Fondda fəaliyyət göstərən R.Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.
R.Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı sərəncama əsasən, Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib