M.Hətəmov bildirib ki, "Bizim Kino Günləri" bitdikdən sonra kino ilə bağlı maraqlı layihələr həyata keçirəcəklər. O qeyd edib ki, 2016-cı ildə isə uşaq filmləri günləri keçirmək haqda düşünürlər: "Uşaq filmləri ilə bağlı müsabiqə elan etmək istəyirik. Əlbətdə ki, belə müsabiqə keçirilsə, uşaq filmləri, cizgi filmləri ciddi təbliğ olunar".
Xatırladaq ki, noyabrın 20-dən başlayaraq Bakıda "Bizim Kino Günləri" start götürüb. Kino günləri dekabrın 8-də başa çatacaq.