Bakı, 28 noyabr, AZƏRTAC
Təhsil naziri Mikayıl Cabbarov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş Konfransının XII sessiyasında iştirak etmək üçün Azərbaycana gəlmiş Küveyt Dövlətinin təhsil nazirinin müavini Heysəm Saleh Əhməd əl-Əsri ilə görüşüb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında təhsil sahəsində hazırkı vəziyyət və əməkdaşlığın gələcək inkişaf imkanları müzakirə edilib.