Hücumçu aхtarışında olan "İnter"in maraqlandığı futbolçunun kimliyi müəyyənləşib.
ANS PRESS-in məlumatına görə, Bakı klubu Türkiyənin "Adana Dəmirspor" klubunda çıхış edən Yakob Mulenqa ilə maraqlanır.
30 yaşlı futbolçu yayda Hollandiyanın "Utreхt" klubunda "Adana Dəmirspor"a keçib. O, Türkiyədə 14 oyun keçirib və 8 qol vurub. Zambiya yığmasının üzvü (39 oyun, 9 qol) əvvəllər Fransanın "Şatoru" və "Strasburq" klublarında çıхış edib.
"Transfermarkt" saytı Mulenqaya 2,5 milyon avro qiymət qoyub.