Məşhur müğənni Alişan futbol azarkeşlərinə səsləndi.

ANS PRESS-in məlumatına görə, türkiyənin tanınmış müğənnisi Alişan bu axşam “Fənərbaxça” “Trabzonspor” qarşılaşmasına baxacaq.

Müğənni bu barədə “İnstaqram” səhifəsində yazıb. O, bu axşam “Fənərbaxça”ya azarkeşlik edəcəyini bildirib.

“Həftəniz uğurlu olsun. Bu axşam “Fənərbaxça”nım oyunu var” yazaraq digər klubların azarkeşlərini özündən çııxardıb.

Məşhur müğənnidən "Fənərbaxça"ya jest (FOTO)
Alişanın "İnstaqram" səhifəsi.

Izləyicilərin bəziləri Alişandan belə hərəkəti gözləmədiyini yazıb.

Bu axşam saat 22:00-da Türkiyə Superliqasının XIII turunda “Fənərbaxça” ilə “Trabzonspor” qarşılaşacaq. "Sarı-lacivərdlilər" qalib gələ bilsə, liderliyi ələ keçirəcək.

Məşhur müğənnidən "Fənərbaxça"ya jest (FOTO)
Turnir cədvəli

Türkiyənin digər məşhurları futbol klublarına azareşlik etməsini gizlətmir. "Kurtlar Vadisi"nin qəhrəmanı Necati Şaşmaz "Qalatasaray" klubuna azarkeşlik edir. Məşhur şou aparıcısı Bəyaz Öztürk "Fənərbaxça"ya azarkeşlik edir. Müğənni Hülya Avşar "Beşiktaş"ın fanatıdır. Məşhur rep qrupu "Cəza" Trabzonspor" klubuna dəstək olurlar.

Türkiyə prezidenti Recep Tayyip Ərdoğan "Fənərbaxça"ya azarkeşlik edir.

Məşhur müğənnidən "Fənərbaxça"ya jest (FOTO)
"Cəza" qrupu