Bakı, 30 noyabr, AZƏRTAC
Bu il dekabrın 1-dən qüvvəyə minəcək “Dövlət rüsumu haqqında” Qanuna dəyişikliyə əsasən şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı yeni qaydalar tətbiq olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yeni qaydalara əsasən, respublikamızın vətəndaşlarına şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə dövlət büdcəsinə 5 manat məbləğində rüsum ödənilməlidir. Şəxsiyyət vəsiqəsi üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 35 manat məbləğində rüsum ödənilir.