Tokio,1 dekabr, AZƏRTAC
BMT-nin iqlin dəyişmələri ilə bağlı Parisdə keçirilən 21-ci dünya konfransında Yaponiyanın Baş naziri Şinzo Abe Türkiyə-Rusiya münasibətlərinin normallaşmasına kömək etməyə hazır olduğunu söyləyib. Bu barədə Ş.Abe Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Parisdə keçirilən görüşü zamanı bildirib.
Kyodo informasiya agentliyinin bununla bağlı yaydığı məlumatda qeyd edilir ki, Türkiyə Prezidenti ilə “ayaqüstü” görüşü zamanı Baş nazir Ş.Abe Rusiya-Türkiyə münasibətlərinin normallaşmasına kömək etməyə hazır olduğunu deyib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio