Bakıda intihar hadisəsi baş verib. 85 yaşlı qadın özünü 7- ci mərtəbədən atıb.

Xətai Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, paytaxtın Xətai rayonu, Sarayevo küçəsi, ev 20, mənzil 90 ünvanında yaşayan 1930-cu il təvəllüdlü Qəmiyzə Haqverdi qızı Niftəliyeva özünü yaşadığı evin 7-ci mərtəbəsinin eyvanından atıb.

85 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Sonuncu intihar hadisəsi noyabr ayının 28-də Quba rayonunda baş verib. Arvadını bıçaqlayan molla özünü asıb. İqrıq kəndində baş verən hadisə zamanı 1979-cu il təvəllüdlü Neman Asif oğlu İbrahimov keçmiş həyat yoldaşı 1989-cu il təvəllüdlü Aygül Pənah qızı İbrahimovanı bıçaqlayıb. O, arvadına qarın, sinə, üz nayihəsindən 8 zərbə vurub. Arvadını bıçaqlayandan sonra N.İbrahimov özünü qəbiristanlıqda, tabutlar saxlanılan otaqda asıb.