Azərbaycanda dini radikalizmin qarşısını almaq üçün yeni təkliflər irəli sürülür

Azərbaycanda dini radikalizmin qarşısını almaq üçün yeni təkliflər irəli sürülür
16:43 2 Dekabr 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda dini radikalizmin qarşısının aslınması üçün yeni təkliflər irəli sürülür.

Milli Məclisin deputatı, tarixçi alim, professor Musa Qasımlı Trend-ə deyib ki, dini radikalizmin qarşısını almaq üçün görüləcək işlər çox sahələri əhatə etməlidir: "İlk növbədə Bakı İslam Universitetinin fəaliyyəti gücləndirilməli, ölkəmiz üçün din xadimləri Azərbaycanda hazırlanmalıdır. Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətləri artırılmalıdır. İctimaiyyətin də bu istiqamətdə dövlət qurumları ilə birgə fəaliyyəti artırılmalıdır. İslam dininin fəlsəfəsini anlamayan şəxslərin qaranlıq mənbəli pullarla kəndlərdə məscidlər tikməsinə yol vermək olmaz. Bunun üçün müvafiq qurumların icazəsi olmaılıdır”.

KİV və QHT-lərin bu istiqamətdə müxtəlif layihələr həyata keçirməsinin əhəmiyyətini qeyd edən M.Qasımlı hesab edir ki, dini radikalizmi və bizim həyatımız üçün ənənəvi olmayan yad dini cərəyanlar ölkəmizdə sabitlik, vətəndaşların təhlükəsiz yaşayışı və dövlətimizin dünyəvi təməlləri üçün ciddi təhlükədir: “Müxtəlif ölkələrdə dini təhsil almış və xarici xüsusi xidmət orqanlarının təsiri altında olan şəxslərin cümə namazı günlərinin birində məscidlərdən çıxıb küçədə qarşı-qarşıya gəlməsinin hansı faciəvi, ağır nəticələr doğuracağını indidən görmək olar. Deməli, onların qarşısı amansızlıqla alınmalıdır”.

M.Qasımlı sonra deyib ki, Azərbaycanda din dövlətdən ayrıdır: "Dövlət dindarların ibadətləri üçün bütün şəraiti yaradıb. Konstitusiyamızda vətəndaşların vicdan azadlığı tam təmin edilib. Bu şəraitdən istifadə edərək müqəddəs dinimiz olan İslamı siyasi alətə çevirmək cəhdləri yolverilməzdir və bu halların qarşısı amansızlıqla alınmalıdır. Azərbaycan polisi dövlətimizin sütunlarından biridir. Polisə əl qaldırmaq olmaz. Belə hərəkət edənlər qanunun sərt tələbləri qarşısında cavab verməlidirlər”.

M.Qasımlı onu da əlavə edib ki, Azərbaycana dəyərli şəxslər bəxş etimiş qədim Nardaranda baş verən hadisəni bütün kənd sakinləri deyil, dövlət əleyhinə olan bir qrup şəxs törədib: “Bu fəaliyyətlər dövlətimizin əsaslarına qarşı yönəldilmiş cinayətdir. Çünki Azərbaycan dünyəvi dövlətdir”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2464065.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR