Terrorçuluqda şübhəli bilinən şəxslər vətəndaşlığı itirəcək

Terrorçuluqda şübhəli bilinən şəxslər vətəndaşlığı itirəcək
08:22 4 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Avstraliya parlamenti  terrorçuluq fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən ikili vətəndaşlığa malik avstraliyalıların vətəndaşlıqdan məhrum edilməsini nəzərdə tutan qanun qəbul edib. 
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Associated Press" məlumat yayıb.
 
"Bu terrorçuluqla mübarizəni gücləndirəcək qanunvericiliyə edilən  əhəmiyyətli dəyişiklikdir", deyə ölkənin baş prokuroru Corc Brandis bildirib.  Onun sözlərinə görə, qanun çox məhdud hallarda tətbiq ediləcək. Corc Brandis Avstraliya Ali Məhkəməsinin qanunun qəbuluna etiraz edəcəyini istisna etməyib.
 
Qeyd edək ki, bundan əvvəl mətbuatda İŞİD terrorçularının ən çox istifadə etdikləri "Toyota" markalı avtomobillərin məhz Avstraliyadan gətirildiyi barədə məlumat yayılıb.  
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR