Bakıda “Qafqazda mədəni-dini irsin qorunması” mövzusunda konfrans işə başlayıb

11:38 4 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Bakıda “Qafqazda mədəni-dini irsin qorunması” mövzusunda konfrans keçirilib.
AMEA-nın İnsan Hüquqları İnstitutu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Qafqaz ərazisində mövcud olmuş mədəni-dini abidələrin vəziyyəti, həmin abidələrə qarşı törədilmiş vəhşiliklər müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, konfransda İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq elmləri doktoru Aytən Mustafayeva qəsbkar ermənilər tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində abidələrimizə qarşı törədilən vəhşiliklərdən danışıb, bu barədə dünya ictimaiyyətinə daha ətraflı məlumatlar verilməsinin vacibliyini bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz ərazisinin tarixən çoxmillətlərin birgəyaşayış məkanı olduğunu, xüsusən Azərbaycanın öz multikultural dəyərlərinə görə dünyada tolerantlıq nümunəsinə çevrildiyini vurğulayıb.
Tədbirdə “Azərbaycanın işğal altındakı ərazilərində erməni vandalizmi” adlı film nümayiş etdirilib.
Sonra müxtəlif mövzularda məruzələr dinlənilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Qafqazda_medeni_dini_irsin_qorunmasi_movzusunda_konfrans_ise_baslayib-908164

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR