Sağlamlıq imkanları məhdud uşaqlar üçün rəsm müsabiqəsi keçirilib

Sağlamlıq imkanları məhdud uşaqlar üçün rəsm müsabiqəsi keçirilib
14:43 4 Dekabr 2015
47 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 noyabr, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) Beynəlxalq Əlillər Günü ilə əlaqədar Xəzər rayon “Gənclər evi”ndə sağlamlıq imkanları məhdud uşaqlar arasında rəsm və əl işləri müsabiqəsi təşkil edib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsində məqsəd istedadlı uşaqların üzə çıxarılaraq cəmiyyətə təqdim olunması, onların yaradıcılıq potensialının dəstəklənməsidir.
Tədbirdə Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov sağlamlıq imkanları məhdud uşaqlara göstərilən diqqət və qayğıdan danışıb, onlara müsabiqədə uğurlar arzulayıb.
Sonda müsabiqənın qalibləri Baş İdarə tərəfindən fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Saglamliq_imkanlari_mehdud_usaqlar_uchun_resm_musabiqesi_kechirilib-908249

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR