Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi “Bakutel 2015” sərgisində innovativ materiallar nümayiş etdirir

Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi “Bakutel 2015” sərgisində innovativ materiallar nümayiş etdirir
16:38 4 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi (YTTM) əldə etdiyi elmi nəticələri “Bakutel 2015” sərgisində nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, bura, əsasən mərkəzdə alınan innovativ materiallar və onların əsasında hazırlanan prototipləri daxildir. Sərgidə YTTM-də aparılan sistemli araşdırmalar nəticəsində yüksək təmizlik dərəcəsinə malik bir və çox divarlı karbon nanoborularının (KNB) alınma texnologiyası barəsində ətraflı məlumat verilir.
Bundan əlavə, “Bakutel 2015” sərgisində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində alınan keramika-karbon nanoboru əsasında yüksək elektrik və istilik keçirici nanokompozit materiallar da nümayiş olunur. Bu materiallar da tikinti sənayesi və LED texnologiyasında böyük perspektiv vəd edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yuksek_Texnologiyalar_uzre_Tedqiqat_Merkezi_Bakutel_2015_sergisinde_innovativ_materiallar_numayis_etdirir-908314

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR