"Çəkimdə olimpiya çempionu varıydı" - Avropa çempionu

"Çəkimdə olimpiya çempionu varıydı" - Avropa çempionu
19:12 4 Dekabr 2015
23 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliyada keçirilən cüdo üzrə Avropa çempionatında uğurlu çıxış edərək vətənə dönən Paralimpiyaçılarımız arasında gəncə idmançısı Ramil Qasımov da olub.

Kəpəz TV (Region TV) xəbər verir ki, o, həm şəxsi, həm də komanda yarışlarında maksimum nəticə əldə edib. 

Qitə çempionatı 2016 Rio-de-Janeyro Yay Paralimpiya oyunlarına reytinq xalı qazandıran son yarış olub. Avropanın əksər ölkələrinin qatıldığı birinciliyin şəxsi yarışlarında tatami üzərinə çıxan Ramil Qasımov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qasımov 73 kq-da bütün rəqiblərini qabaqlayıb. 

Ramil Qasımov, Avropa çempionu: "Mənim çəkimdə zəif rəqib yoxdur. 73 kq əsas çəkilərdən biridir. Çəkimdə olimpiya çempionu varıydı. Finalda rəqibim Ukrayna idmançısıydı. Güclü rəqiblərimdən biriydi. O, olimpiya çempionu olsa da, təcrübəmdən istifadə edərək qalib gəldim".
 
Komanda xarakterli mübarizələrdə də iştirak edən Paralimpiyaçı burada da eyni uğura imza atıb. 

Ramil Qasımov: "Komanda tərkibində qalib gəldik. Burada qarşı-qarşıya beşə-beş görüşlər keçirilir. Biz bütün rəqiblərimizi məğlub edərək finala yüksəldik. Finalda rus cüdoçularla qarşılaşdıq. Onlara da 3:2 hesabıyla qalib gəldik".

2013-cü ildən bəri paralimpiya yarışlarına qatılan Ramil Qasımov o vaxtdan bu yana uğurları sıralamaqda davam edir. Belə ki, bundan öncə cüdoçu dünya çempionu və dünya kubokunun qalibi  olub. 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/387668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR