Türkiyə vətəndaşları Rusiyaya viza üçün azı 60 avro ödəyəcəklər

Türkiyə vətəndaşları Rusiyaya viza üçün azı 60 avro ödəyəcəklər
19:43 4 Dekabr 2015
47 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Türkiyə vətəndaşlarının Rusiyaya viza alması 60 avrodan ucuz başa gəlməyəcək. Bu barədə Rusiya turoperatorları assosiasiyasının vitse-prezidenti Dmitri Qorin məlumat verib.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, kommersiya viza mərkəzlərinə müraciət edənlər bundan 30-35 avro artıq ödəməli olacaqlar. Türkiyə tərəfi isə viza məsələsi ilə bağlı hələlik cavab tədbirləri görməyi planlaşdırmır.
Xatırladaq ki, Rusiya 2016-cı il yanvarın 1-dən Türkiyə ilə vizasız rejimi birtərəfli qaydada dayandırmağı qərara alıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR