Futbol Federasiyasının prezidenti həbs edildi - FOTO

Futbol Federasiyasının prezidenti həbs edildi - FOTO
17:05 5 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Ekvador Futbol Federasiyasının prezidenti Luis Çiriboqa polisə təslim olub. Milli.Az Goal.az-a istinadən xəbər verir ki, FİFA ətrafında cərəyan edən korrupsiya qalmaqalının fiqurlarından olan Çiriboqa haqqında həbs-qəti imkan tədbiri seçilən kimi bu addımı atıb. Onun vəkili Lusiya Vallesiliya 69 yaşlı funksionerin məhkəmədən ev dustaqlığı istəyəcəyini bildirib. Artıq Ekvador hökuməti Çiriboqanın bank hesablarını dondurub. Bundan başqa, Ekvador Futbol Federasiyasının daha 2 məmuru da axtarışdadır.
Qeyd edək ki, dekabrın 3-də Sürixdə FİFA-nın 2 vitse-prezidenti Alfredo Havit və Xuan Anhel Naput həbs olunmuşdu. Bundan sonra əməliyyatın rəhbəri Loretta Linç daha 16 FİFA funksionerinə rəsmən ittiham elan etmişdi. Onların arasında Çiriboqa ilə yanaşı, Qvatemala Futbol Federasiyasının prezidenti Brayan Ximenes də vardı.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR