Meksika və Azərbaycan nəqliyyat sahəsində mümkün layihələri müzakirə ediblər

Meksika və Azərbaycan nəqliyyat sahəsində mümkün layihələri müzakirə ediblər
12:57 6 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 6 dekabr. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini nəqliyyat naziri Ziya Məmmədov ilə görüşüb.
Meksikanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, görüşdə Meksika-Azərbaycan əlaqələrinin inkişafı, həmçinin, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi zəruriyyəti qeyd olundu.
Z.Məmmədov rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verir, nəqliyyat sahəsində əməkdaşlığın intensivləşməsi üçün hüquqi bazanın yaradılmasının vacibliyini vurğuladı.
Səfir Labardini ölkəsinin nəqliyyat sistemindən söhbət edərək Meksikanın bu sahədə olan təcrübəsindən danışdı.
Tərəflər birgə layihələrin mümkün həyata keçirilməsi barədə fikir mübadiləsi aparıb, ikitərəfli əməkdaşlığın gücləndirilməsinə dair istəklərini ifadə etdilər.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/meksika-ve-azerbaycan-neqliyyat-sahesinde-mumkun-layiheleri-muzakire-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR