Belarus Prezidenti Azərbaycan Prezidentinə başsağlığı verib

Belarus Prezidenti Azərbaycan Prezidentinə başsağlığı verib
17:08 6 Dekabr 2015
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş güclü yanğınla əlaqədar başsağlığı verib.

Başsağlığında deyilir:

“Günəşli” dəniz yatağındakı platformada baş vermiş faciə barədə xəbər Sizin kədərinizə şərik olan belarusluları qəlbən sarsıtdı.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Azərbaycan xalqına Belarus xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların hamısına tezliklə sağalmağı arzu edirəm.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2465938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR