“Birlik” komandası Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turnirinin qalibi olub

“Birlik” komandası Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turnirinin qalibi olub
14:38 7 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında keçirilən Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, AFFA-nın dəstəyi və Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin idman kompleksində keçirilən turnirin qalibi “Birlik” komandası olub. “Zirvə” ikinci, “Şimşək” komandası isə üçüncü yeri tutub.
Turnirin ən yaxşı oyunçusu İsrail Cəbrayılov, ən yaxşı qapıçısı isə Süleyman Osmanlı (hər ikisi “Zirvə”) seçilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Birlik_komandasi_Beynelxalq_Aliller_Gunune_hesr_olunmus_futzal_turnirinin_qalibi_olub-908888

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR