R.I.S.K. şirkəti Mərkəzi Asiya və Qafqazın informasiya bazarında fəaliyyət göstərir

R.I.S.K. şirkəti Mərkəzi Asiya və Qafqazın informasiya bazarında fəaliyyət göstərir
17:13 7 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, Ramiz Quliyev, AZƏRTAC 
Azərbaycanın R.I.S.K. şirkəti Mərkəzi Asiya və Qafqazın informasiya bazarında fəaliyyət göstərən informasiya texnologiyaları şirkətidir.
Bunu AZƏRTAC-a müsahibəsində “Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisinin iştirakçısı olmuş R.I.S.K. şirkətinin texniki məsləhətçisi Qanna Boyko deyib. O vurğulayıb ki, Bakıda artıq ənənəvi şəkildə keçirilən “Bakutel" sərgisi şirkətlərin inkişafı və tərəfdaş tapması və təcrübə mübadiləsi baxımından çox əhəmiyyətlidir.
Q.Boyko bildirib ki, təmsil etdiyi qurumun əsası 1993-cü ildə qoyulub və regionda neft-qaz, bank və maliyyə, hüquq mühafizə orqanları və digər sahələrdə innovativ həllər təklif edir. Respublikada isə bir sıra nazirlik və qurumlarla, o cümlədən "Azercell" və "Bakcell" mobil operatorlarla da çalışır.
R.I.S.K. həmçinin informasiya texnologiyaları sənayesində Microsoft, Emerson, IBM və digər dünya nəhənglərinin rəsmi tərəfdaşıdır.
Hazırda isə şirkətin Qazaxıstanda, Tacikistanda və Gürcüstanda rəsmi nümayəndəlikləri var.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/RISK_sirketi_Merkezi_Asiya_ve_Qafqazin_informasiya_bazarinda_fealiyyet_gosterir-908976

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR