2009-cu ildə "Miss Türkiyə" birincisi Ebru Şam xərçəng xəstəliyinə tutulub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, kraliçalıq tacını taxdıqdan sonra bir neçə serialda ("Doktorlar", "Adanalı") rol alan modelə bir müddət əvvəl döş xərçəngi diaqnozu qoyulub.
E.Şam karyerasını yarımçıq qoyub ailəsinin yanına, Almaniyaya müalicə almağa gedib.