Azərbaycanda bələdiyyə qulluğu ilə bağlı qadağalar sərtləşdirilir

Azərbaycanda bələdiyyə qulluğu ilə bağlı qadağalar sərtləşdirilir
12:17 8 Dekabr 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanda bələdiyyə qulluğu ilə bağlı qadağaların əhatəsi genişləndirilir. "Report" xəbər verir ki, bununla bağlı "Bələdiyyə qulluğu haqqında" qanuna dəyişikliklər ediləcək. 
Təklif olunan dəyişikliklər layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub. Komitə sədri Arif Rəhimzadə bildirib ki, təklif olunan bir dəyişikliyə əsasən, vəzifələrin icrası zamanı "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanunda nəzərdə tutulan hüquqpozmaları törətmək və qulluqla bir araya sığmayan hərəkətlərə yol vermək qadağan olunur.
Təklif olunan daha bir dəyişikliyə əsasən, bələdiyyə qulluqçuları vəzifələrinin icrası zamanı Azərbaycan Konstitusiyasına, "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanuna və ölkənin digər qanunlarına əməl etməlidirlər. 
Müzakirələrdən sonra dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR